AVRO-2024-ün rəmzi komandası – “11-LİK” – FOTO
- Avro-2024İDMANSON XƏBƏR
- 16.07.2024 20:15
UEFA AVRO-2024-ün rəmzi komandasını açıqlayıb.
İdman.biz xəbər verir ki, “11-lik”də İspaniya millisinin altı oyunçusu yer alıb.
Rəmzi komandaya Fransadan iki, İngiltərə, İsveçrə və Almaniyanın hərəsindən bir futbolçu daxil edilib.
Qapıçı: Mayk Menyan (Fransa);
Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Vilyam Saliba (Fransa), Manuel Akanji (İsveçrə), Mark Kukurelya (İspaniya);
Yarımmüdafiəçilər: Rodri, Dani Olmo, Fabian Ruis (hamısı İspaniya);
Hücumçular: Camal Musiala (Almaniya), Niko Uilyams, Lamin Yamal (hər ikisi İspaniya).