Trampın növbəti mitinqinin tarixi bəlli oldu

Trampın növbəti mitinqinin tarixi bəlli oldu

ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd cəhdindən sonra daha bir mitinq keçirməyi planlaşdırıb.

TEMPİNFO xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Trampın növbəti mitinqi iyulun 20-də Miçiqanda baş tutacaq.

Trampın seçki qərargahının məlumatına görə, mitinqə vitse-prezidentliyə namizəd Cey Di Vens də qatılacaq.

Xatırladaq ki, iyulun 13-də Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası mitinqində çıxışı zamanı güllələnib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37