YAP-ın deputatlığa namizədləri kimlərdir: gənclər, veteranlar, xanımlar… – ADLAR

YAP-ın deputatlığa namizədləri kimlərdir: gənclər, veteranlar, xanımlar… – ADLAR

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin bugünkü iclasında hakim siyasi qurumun deputatlığa namizədlərinin adları müəyyən edilib.

Artıq siyahı ilə bağlı ilkin açıqlamalar da verilib.

Modern.az xəbər verir ki, YAP İdarə Heyətinin bəzi üzvləri mətbuata açıqlamarında adlar da çəkiblər.

Məlum olub ki, Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Milli Məclisin keçmiş sədri Oqtay Əsədov, Şüyxülislam Allahşükür Paşazadənin qudasının oğlu Əliabbas Salahzadənin adı YAP-ın namizədlər siyahısına salınmayıb.

Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyevanın da adlarının siyahıda olmadığı bildirilib.

Qeyd edək ki, onlar fəaliyyətini yenicə başa vuran VI çağırış Milli Məclisin üzvü olublar.

VI çağırış Milli Məclisin üzvləri – köhnə deputatlar Eldar İbrahimov, Siyavuş Novruzov, Rəşad Mahmudov, Musa Quliyev isə YAP-ın siyahısına salınıb.

Əli Əhmədov, Mübariz Qurbanlı, Səyyad Aran, Eyvaz Qurbanov, Heydər Əsədov kimi veteran YAP-çılar da siyahıya salınıb.

Musa Quliyev iclasdan sonra bildirib ki, siyahı bu gün dərc olunacaq.

“Hamısı uğurlu namizəddir. Partiyamızın sədrinə hamımız minnətdarlığımızı bildirdik, etimadı doğruldacağımıza söz verdik. Çalışacağıq ki, xalqımızla bir yerdə növbəti 5 ildə də ölkəmizi, qanunverici hakimiyyətimiz daha da inkişaf etdirək, xalqımızın etimadını doğruldaq”.

O, siyahıda xeyli dəqyilşiklik olduğunu deyib: “Siyahıda gənclər və xanımlar da var, veteranlar da qayıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37