Goranboyda DƏHŞƏT: Dalaşdığı həmkəndlisinin üzərinə maşın sürüb üstündən keçdi

Goranboyda DƏHŞƏT: Dalaşdığı həmkəndlisinin üzərinə maşın sürüb üstündən keçdi

Goranboy rayonunun Veysli kəndində mübahisə ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Veysli kənd sakini Tarzan Salamov idarə etdiyi “Ford” markalı avtomobili həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun üzərinə sürərək, üstündən keçib.

Hadisə zamanı Ə.Ərəbov hadisə yerində dünyasını dəyişib. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun bildirdiyinə görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan 1988-ci il təvəllüdlü Tarzan Şamilov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Məlumat üçün bildirək ki, Əhməd Ərəbov kriminal aləmdə “Kürd Amo” ləqəbi ilə tanınıb. Əldə etdiyimiz qeyri rəsmi məlumata görə, hadisədən bir gün əvvəl Tarzan Salmanovla Ərəbovun əkin sahəsində mübahisələri olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37