“Sumqayıt”ın avrokubok oyununun hakimləri açıqlanıb

“Sumqayıt”ın avrokubok oyununun hakimləri açıqlanıb

Konfrans Liqasının “Fehervar” – “Sumqayıt” oyununun hakimləri bəlli olub.

TEMPİNFO xəbər verir ki, II təsnifat mərhələsinin cavab matçını İsveçdən olan hakimlər idarə edəcək.

İyulun 31-də keçiriləcək oyunun baş hakimi Kristoffer Karlsson olacaq. Ona həmyerliləri Mikael Hallin və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.

Qeyd edək ki, “Mol Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37