Məlahət İbrahimqızı ilə Tural Abbaslı bu dəfə də eyni dairədən NAMİZƏD oldu
- SİYASƏTSON XƏBƏR
- 18.07.2024 21:40
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyəti 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin siyahısını açıqlayıb.
Qeyd edək ki, YAP 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən Məlahət İbrahimqızının namizədliyini irəli sürüb.
Sözügedən dairədən Ağ Partiyanın rəhbəri Tural Abbaslı da öz namizədliyini irəli sürüb.
Onu da qeyd edək ki, Tural Abbaslı 2020-ci ildə də VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olub və rəqibi Məlahət İbrahimqızına uduzub.
Xatırladaq ki, Məlahət İbrahimqızı II, III, IV, V və VI çağırış deputatı olub.
Görünən odur ki, sözügedən dairədən təkrar namizədliklərini irəli sürən hər iki siyasətçinin seçki marafonundakı rəqabəti maraqlı olacaq. /Bizim.Media
TEMPİNFO