Bakının Mikayıl Müşfiq küçəsi 5 günlük bağlanır

Bakının Mikayıl Müşfiq küçəsi 5 günlük bağlanır

19 iyul saat 13:00-dan 23 iyul saat 13:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

TEMPİNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur” – məlumatda deyilir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37