“Real”dan Lukas Vaskes qərarı

“Real”dan Lukas Vaskes qərarı

“Real” futbolçusu Lukas Vaskeslə müqaviləni uzadıb.

TEMPİNFO xəbər verir ki, bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

33 yaşlı müdafiəçi ilə anlaşmanın 1 il müddətinə uzadılmasına qərar verilib. O, 2025-ci ilin yayına qədər Madrid təmsilçisində forma geyinəcək.

Qeyd edək ki, Lukas 2010-cu ildən “Real”ın əsas komandasında çıxış edir. O, bu müddətdə “Real B”, “Real C” və “Espanyol”da icarədə də olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37