Tural Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq

Tural Gəncəliyev Xankəndidən deputatlığa namizəd olacaq

Milli Məclisin deputatı Tural Gəncəliyev sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olacaq. 

Bu barədə Yenisabah.az-ın sorğusuna cavab olaraq deputatın köməkçisi məlumat verib.

Məlumata görə, Tural Gəncəliyev yenidən 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək.

Tural Gəncəliyev 6 mart 1980-ci ildə Şuşa şəhərində anadan olub. O, 2020-ci ildə ilk dəfə Xankəndidən deputat seçilib. Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 122 saylı dairədən namizədi Məmmədov Aqil Kamran oğludur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37