Britaniya kralı Zelenskini qəbul etdi

Britaniya kralı Zelenskini qəbul etdi

Britaniya kralı III Çarlz Ukrayna prezidenti Vladimir Zelenskini Blenheym sarayında qəbul edib.

TEMPİNFO xəbər verir ki, görüş Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində baş tutub.

“Görüşdə bir sıra beynəlxalq problemlər, həll yolları və ortaq dəyərləri müzakirə edilib”, – deyə məlumatda bildirilib.

Vladimir Zelenski Telegram kanalında qəbula görə III Çarlza minnətdarlığını bildirib. O deyib ki, Böyük Britaniya Ukraynanın ən yaxın və mühüm müttəfiqlərindən biri olaraq qalır.

“Biz Ukrayna xalqına göstərilən bütün dəstəyi yüksək qiymətləndiririk”, – dövlət başçısı vurğulayıb.

III Çarlz qeyd edib ki, Böyük Britaniya Kiyevə hərtərəfli dəstək verməkdə davam edəcək, eləcə də ona NATO-ya gedən yolda kömək edəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37