Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcərdə 55 yaşlı kişi minaya düşdü

Kəlbəcər rayonunda 55 yaşlı kişi minaya düşüb.

TEMPİNFO xəbər verir ki, 1969-cu il təvəllüdlü Xəlifə Həsən oğlu Hüseynov rayonun Ağdaban kəndində minaya düşüb.

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar. X.Hüseynov xəstəxanaya çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37