Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ GÖRÜNTÜLƏRİ – VİDEO

Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ GÖRÜNTÜLƏRİ – VİDEO

Xalq artisti Ağadadaş Ağayev balta ilə klinika mühafizəçisinə hücum etməsinin yeni görüntüləri yayılıb.

TEMPİNFO xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Videoda A.Ağayevin əlindəki baltanı atarkən xəsarət alan şəxsin görüntüləri əks olunub.

Qeyd edək ki, dünən Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçi ilə əlbəyaxa davaya çıxıb. Hadisə zamanı klinikanın əməkdaşı olan qadın xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Videonu təqdim edirik:

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37