Zaxarova Zelenskinin səmimiyyətinə şübhə etdi

Zaxarova Zelenskinin səmimiyyətinə şübhə etdi

Vladimir Zelenskinin Ukrayna münaqişəsinin erkən bitməsi ilə bağlı bəyanatları ABŞ-da keçirilən seçki turları ilə bağlıdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosuna açıqlamasında bildirib.

Bundan əvvəl Zelenski deymişdi ki, o, Ukraynadakı münaqişənin tez bir zamanda dayandırılmasının vacibliyini qəbul edir.

“Həmin ritorika yenə də ABŞ-dakı seçki turları ilə bağlıdır. Bunlar Kiyevin Ağ Ev ətrafında baş verən hadisələr və qarşıdan gələn seçkilər fonunda göndərdiyi impulslardır, buna bu kontekstdə baxılmalıdır”, – Zaxarova bildirib.

O vurğulayıb ki, bu işdə Zelenskinin səmimiyyətinə arxalanmağa ehtiyac yoxdur. /modern.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37