Məhkəmə 576 minlik dələduzluq edən qadınla bağlı qərar çıxardı

Məhkəmə 576 minlik dələduzluq edən qadınla bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində bir neçə nəfərə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən 1983-cü il təvəllüdlü Gülnarə Mirzəyevanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, G.Mirzəyeva ümumilikdə 7 nəfərə qarşı təxminən 600 min manatlıq dələduzluq edib. Belə ki, o, zərərçəkmiş şəxslərin inam və etibarını qazanaraq onlardan müvafiq olaraq 205.600, 85.000, 25.000, 73.000, 58. 000, 98.200 və 31.000 manat dəyərində (ümumilikdə 575.800 manatlıq) qızıl-zinət əşyaları və ya nağd pul alıb. Lakin verdikləri pulu və ya qızılları geri ala bilməyən şəxslər Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ediblər. Məhkəmədə G.Mirzəyeva şikayətçilərdən yalnız biri ilə bağlı əməlini təsdiq edib. Digər şəxslərlə arasında borc məsələsinin olmasını iddia edib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsi G.Mirzəyevanı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilərək 8 il müddətə həbs cəzası verib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37