Deputat olmaq istəyən yeni SİMALAR – SİYAHI

Deputat olmaq istəyən yeni SİMALAR – SİYAHI

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq bir çox siyasi partiya nümayəndələri, ayrı-ayrı şəxslər namizədliklərini açıqlayıb.

Seçkilər zamanı bir çox yeni sima da özlərini sınamaq qərarına gəlib.

Məlumata görə, Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, həmin universitetin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva namizəd olmaq istəyənlər arasındadır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevanın da namizəd olacağı gözlənilir.

Şəfəq Mehrəliyeva bildirib ki, seçkilərdə iştirak etmək iddiasında deyil, pedoqoji fəaliyyətlə məşğuldur. /modern.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37