Avropa Liqasında 9 oyun: “Trabzonspor” Slovakiya sınağında
- İDMANSON XƏBƏR
- 25.07.2024 16:00
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinə start veriləcək.
TEMPİNFO xəbər verir ki, ilk oyunlar çərçivəsində 9 matç baş tutacaq.
Qardaş Türkiyə təmsilçisi “Trabzonspor” “Rujomberok”la üz-üzə gələcək. Matç Slovakiyada baş tutacaq. Azərbaycan vitse-çempionu “Zirə”ni mübarizədən kənarlaşdıran “Şerif” evdə “Elfsborq”u qəbul edəcək.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
25 iyul
20:00. “Visla” K – “Rapid” V
20:30. “Rujomberok” – “Trabzonspor”
21:00. “Molde” – “Silkeborq”
21:00. “Hunedoara” – “Riyeka”
21:00. “Şerif” – “Elfsborq”
22:00. “Panatinaikos” – “Maribor”
22:30. “Ayaks” – “Voyvodina”
22:30. “Kilmarnok” – “Serkl Brügge”
23:30. “Braqa” – “Makkabi” PT
Qeyd edək ki, cavab oyunları avqustun 1-də keçiriləcək.
TEMPİNFO