Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Bakıda müğənninin ölümdən döndüyü avtoqəza ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

İyulun 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sürücü H.Zahidov idarə etdiyi “Opel” markalı avtomobillə Ş.Kamilov küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

Hadisə nəticəsində avtomobil yol kəsişməsində yerləşən avtoyuma məntəqəsində olan “Changan” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində avtoyuma məntəqəsində çalışan bir nəfər müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib, tərəflərin izahatları alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar Sabunçu Rayon Polis İdarəsində davam etdirilir.

*** 09.28

Tanınmış müğənni Mətin Hüseynzadə (Madteen) ağır qəzanın qurbanı olmaqdan son anda qurtulub.

TEMPİNFO xəbər verir ki, ifaçı avtoyuma məntəqəsinin qarşısında olarkən anidən idarəetməni itirən avtomobil ərazidəki ağ rəngli avtomobilə çırpılıb.

Musiqiçi qəzadan son anda xilas olsa da, avtomobilin arxasında dayanan gənc oğlan bədbəxt hadisədən qaça bilməyib.

Hadisəni törədən şəxsin taksi sürücüsü olduğu görünür.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37