İlham Əliyev Maldiv liderini təbrik etdi

İlham Əliyev Maldiv liderini təbrik etdi

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.

TEMPİNFO xəbər verir ki, məktubda deyilir:

“Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37