Xəzər TV-dən ayrılan Afaq Gəncəli bu telekanalda çalışacaq

Xəzər TV-dən ayrılan Afaq Gəncəli bu telekanalda çalışacaq

Televiziya kanallarında yaşanan ayrılıq xəbərlərinə daha biri əlavə olunub.

Məlumata görə, son olaraq “Xəzər” telekanalında efirə çıxan Afaq Gəncəli kanalla yollarını ayırıb.

Onun yeni mövsümdən ARB telekanalında veriliş aparacağı gözlənilir.

Gəncəlinin kanala təqdim etdiyi layihənin rəhbərlik tərəfindən bəyənildiyi və aparıcının bir aydır ki, ARB kanalında işə gəlib-getdiyi yayılan xəbərlər arasındadır.

Onun hansı formatda veriliş aparacağı haqda isə məlumat yoxdur. /azxeber.com

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37