Paris-2024: Olimpiada biabırçılıqlarına davam: Yenə üzr istəyiblər

Paris-2024: Olimpiada biabırçılıqlarına davam: Yenə üzr istəyiblər

Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti xoşagəlməz hadisə yaşanıb.

TEMPİNFO xəbər verir ki, fransalılar təşkilatçılıqdakı nöqsanları ilə özlərini biabır etməkdə davam edir.

Cənubi Sudan və Puerto-Rikonun kişi basketbolçulardan ibarət yığmalarının matçı qalmaqalla başlayıb. Görüşdən öncə Afrika təmsilçisinin himni əvəzinə başqa melodiya səsləndirilib.

Bir müddət keçdikdən sonra Təşkilat Komitəsi səhvini düzəldib. Amma azarkeşlər baş verənlərə sərt narazılıq ediblər.

Olimpiadanın startından keçən qısa müddətdə üzr istəməyə adət edən Təşkilat Komitəsi yenə səhvinə münasibət bildirib. Qurumun kommunikasiyalar üzrə direktoru Enn Deskam üzr istəyib: “Əgər belə olubsa, biz üzr istəyirik”.

Qeyd edək ki, bu matçda sudanlılar 90:79 hesablı qələbə qazanıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37