“Ermənistanın təxribatlarının heç biri cavabsız qalmayacaq” – Ekspertdən sərt AÇIQLAMA

“Ermənistanın təxribatlarının heç biri cavabsız qalmayacaq” – Ekspertdən sərt AÇIQLAMA

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-i və 28-i müvafiq olaraq Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Laçın rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Mövzu ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-yə açıqlama verən hərbi-siyasi ekspert Ədalət Verdiyevin sözlərinə görə, təxribatlar, Ermənistan hərbi-siyasi rəhbərliyinin məlum davranışları sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir:

“Çünki Ermənistan tərəfi ATƏT-in Minsk qrupundan imtina etmək, konstitusiyada dəyişikliklər məsələsini və Azərbaycanın işğal altında qalan eksklav kəndlərinin qaytarılması məsələsini həll etmək və Naxçıvana Azərbaycanın maneəsiz dəhlizinin açılmasına aydınlıq gətirmək əvəzinə, Azərbaycana qarşı kifayət qədər təxribatlara yol verir ki, bu da tez ya gec Azərbaycan tərəfinin səbrini daşırmağa və Azərbaycanı daha təsirli və adekvat addımlar atmağa məcbur edir. Ermənistan və onu hərbi, siyasi və maliyyə cəhətdən dəstəkləyən ABŞ və Avropa təşkilatları bilməlidirlər ki, bu təxribatların heç biri cavabsız və cəzasız qalmayacaq”.

Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan təmkinli və səbrlidir, amma hər bir təmkinin və səbrin də bəlli bir sərhədi, bəlli bir miqyası var. Bizim səbrimizi daşırmağa cəhd göstərməsinlər, yoxsa biz Ermənistanı cəzalandırmaq üçün əlimizdə olan kifayət qədər geniş imkanlar və mexanizmlərdən istifadə edəcəyik.

“Ermənistan başına macəra axtarmasın, olub keçənlərdən özü üçün dərs çıxarsın”, – deyə hərbi ekspert sonlandırıb.

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37