Sabah Ankara ilə İrəvan arasında görüş olacaq

Sabah Ankara ilə İrəvan arasında görüş olacaq

Sabah Türkiyənin və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıçla Ruben Rubinyan arasında görüşü keçiriləcək.

TEMPİNFO Ölkə.az-a istinadən xəbər verir ki, Ermənistan XİN bu məlumatı erməni mediasına açıqlamasında təsdiqləyib.

“İyulun 30-da Ermənistan-Türkiyə sərhədində xüsusi nümayəndələrin beşinci görüşü keçiriləcək”, – Ermənistan XİN-in mətbuat katibi bildirib.

Xatırladaq ki, Kılıç-Rubinyan görüşü iyulun 3-nə planlaşdırılsa da, Türkiyə tərəfi istəyi ilə təxirə salınıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37