Paris-2024: Hidayət Heydərov finalda – FOTO

Paris-2024: Hidayət Heydərov finalda – FOTO

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün Azərbaycan millisinin daha bir cüdoçusu tatamiyə çıxıb.

Yığmamızın lideri Hidayət Heydərov 73 kq çəkidə mübarizə aparacaq. Bu il dünya və Avropa çempionu olan idmançımız qızıl “het-trik”lə Parisdəki ilk medalımızı qazanmağa çalışır.

Kişilər
73 kq

Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. O, rəqibini məğlub edərək, mərhələ adlayıb. Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) güləşib. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. İpponla qalib gələn Hidayət yarımfinalda Akil Qyakova (Kosovo) ilə üz-üzə gəlib. Cüdoçumuz bu dueli də aktivinə yazıb və finala vəsiqə əldə edib.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37