Paris-2024: Cüdoçumuz mübarizəni dayandırıb – VİDEO

Paris-2024: Cüdoçumuz mübarizəni dayandırıb – VİDEO

Paris-2024 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.

TEMPİNFO xəbər verir ki, bu gün daha iki çəkidə qaliblər müəyyənləşəcək.

Kişilər 81 kq, qadınlar 63 kq çəkidə mübarizə aparır. Azərbaycan cüdo yarışlarının dördüncü günündə bir idmançı ilə təmsil olunub.

Zelim Tçkayev Fransa tatamisinə çıxıb və yarışla erkən vidalaşıb.

Kişilər
81 kq

Zelim Tçkayev yarışa 1/16 finaldan start verib. Cüdoçumuz Umar Alfa Djalo (Fransa) ilə görüşüb və ipponla qalib gələn rəqib mərhələ adlayıb. Nətivədə Tçkayev Olimpiadaya vida edib.

Qeyd edək ki, Paris-2024-ə yollanan 9 cüdoçumuzdan beşi mübarizəni başa vurub. Hidayət Heydərov (73 kq) Olimpiadanın çempionu tituluna yiyələnib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37