Çempionlar Liqası: “Qarabağ”ın ilk ev sınağı
- İDMANSON XƏBƏR
- 30.07.2024 08:30
Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirəcək.
TEMPİNFO xəbər verir ki, Ağdam klubu 2024/25 mövsümündə ilk ev matçına çıxacaq.
Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Linkoln”u qəbul edəcək. Cəbəllütariqdə 2:0 hesablı qələbə qazanan “Qarabağ” bu turu adlasa, ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, “Qarabağ” – “Linkoln” cütünün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” – “Dinamo” (Minsk) duelinin güclüsü ilə qarşılaşacaq
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
20:00. “Qarabağ” – “Linkoln” (Cəbəllütariq)
Baş hakim: Yakob Sundberq (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:0
TEMPİNFO