Ferandu Santuş özünə 2 yerli köməkçi götürüb
- İDMANSON XƏBƏR
- 31.07.2024 14:02
Azərbaycan futbol millisinin yeni baş məşqçisi Ferandu Santuş özünə 2 yerli köməkçi götürüb.
TEMPİNFO xəbər verir ki, Arif Əsədov və Kamran Ağayev portuqaliyalı mütəxəssisin korpusunda yer alacaq.
Əsədov uzun illərdir yığmada çalışır. Nikola Yurçeviçin vaxtından üzü bəri daim ölkənin əsas komandasında fəaliyyət göstərir. Ağayev isə son 2 ildə korpusa daxil olub, Canni De Byazi ilə işləyib.
Santuş Əsədov və Ağayevi öncədən tanımayıb. Bu məsələdə AFFA rəhbərliyi vasitəçi missiyasını yerinə yetirib.
TEMPİNFO