Paris-2024: Zelim Kotsoev 1/4 finalda
- İDMANSON XƏBƏR
- 01.08.2024 13:27
Cüdo üzrə 100 kq çəki dərəcəsində son dünya çempionumuz Zelim Kotsoyev Paris-2024 Olimpiadasında 1/8 final mərhələsində polşalı Pyotr Kuçera ilə üz-üzə gəlib.
TEMPİNFO xəbər verir ki, rəqibini məğlub edən Zelim Kotsoyev ¼ final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.