Nazim Abbasov vəzifəsindən azad edildi

Nazim Abbasov vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi Nazim Abbasov vəzifəsindən azad edilib.

Bu barədə nazir Fərid Əhmədov Əmr imzalayıb.

N.Abbasov təqaüd yaşı tamam olduğu üçün öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Abbasov peşəkar istintaqçı kimi tanınır. O, uzun illər Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi işləyib. 2019-cu ildə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin rəisi təyin edilmişdi. /”qafqazinfo”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37