Mingəçevirdə uşaq bağçası yandı

Mingəçevirdə uşaq bağçası yandı

Mingəçevirdə uşaq bağçasında yanğın olub.

Bu barədə TEMPİNFO-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Mingəçevir şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağının döşəməsi 40 m² sahədə və sahəsi 40 m² olan otağın döşəməsi 20 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37