Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın “Nürnberq” klubu ilə müqavilə bağlayıb.

TEMPİNFO-nun əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu gün “qırmızı-qaralar”la “1+1” sözləşmə imzalayıb.

II Bundesliqa təmsilçisi keçidi sabah imzalayacaq.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37