Xaricdən sifariş edilən yüklərlə bağlı qərar: Rüsumlar artırıldı

Xaricdən sifariş edilən yüklərlə bağlı qərar: Rüsumlar artırıldı

Türkiyədə xaricdən sifariş edilən məhsullar üzrə gömrük rüsumları dəyişdirilib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə, xaricdən sürətli çatdırılma üzrə alış-veriş limiti 150 avrodan 30 avroya endirilib.

Avropa İttifaqı (Aİ) ölkələrindən gələn yüklər üzrə vergi ödənişi 18 faizdən 30 faizə, Aİ-yə daxil olmayan ölkələrdən gələn yüklər üçün vergi isə 30 faizdən 60 faizə qaldırılıb.

Qərar avqustun 21-də həyata keçiriləcək. /oxu.az

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37