Tokayev Mirziyoyevə “Qızıl Qartal” mükafatı verdi – FOTOLAR

Tokayev Mirziyoyevə “Qızıl Qartal” mükafatı verdi – FOTOLAR

Qazaxıstanda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Altın Kıran” (“Qızıl Qartal”) ordeni ilə təltif edilməsi mərasimi keçirilib.

Modern.az”Kun.uz”a istinadən xəbər verir ki, Qazaxıstanın ali dövlət mükafatını Özbəkistanın liderinə prezident Kasım-Jomart Tokayev təqdim edib.

Mirziyoyev səmimi təşəkkürünü bildirib və qeyd edib ki, yüksək mükafat iki xalqın çoxəsrlik dostluğunun möhkəmləndirilməsi istiqamətində birgə səylərə verilən qiymət, habelə Özbəkistan və Qazaxıstan arasında münasibətləri yeni tarixi səviyyəyə çatdırmaq üçün ortaq istəklərin tanınmasıdır – strateji tərəfdaşlıq və müttəfiqlik.

Ən yüksək “Altın Kıran” ordeni dövlət rəsmilərinə Qazaxıstanla dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə verilir.

 

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37