Azərbaycanda da “Instagram” bağlana bilər – AÇIQLAMA

Azərbaycanda da “Instagram” bağlana bilər – AÇIQLAMA

Daxili İşlər Nazirliyi tərəfindən “Instagram” və “Teleqram”da yeni kiber üsullardan istifadə edərək narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması sosial şəbəkələrlə bağlı problemləri yenidən gündəmə gətirib. Xüsusilə “patı”, “şüşə” satışı ilə son illər daha çox gündəmə gələn “İnstaqram” platformasının Azərbaycanda bağlanması və ya məhdudiyyət qoyulması təklif edilir. 

TEMPİNFO xəbər verir ki, bu barədə Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, əxlaqına, tarixinə, dilinə zidd olan bütün hallar aradan qaldırılmalıdır.

Tahir Rzayev: Demokratiya yox, anti - demokratiya sammiti

“Bu baxımdan bəzi informasiya şəbəkələrinin fəaliyyəti qəbuledilməzdir. “İnstaqram”da, “Tik Tok”da, eləcə də bəzi sosial şəbəkələrdə insanların mənəviyyatını alçaldan, onların şəxsi həyatına nüfuz edən, dəyərlərimizə kölgə salan çox mənfi hallara yol verilir. Bu, dövlətin gələcəyi, ailənin möhkəmlənməsi üçün ziyanlı haldır. Türkiyədə “Instagram”ın bağlanması, yəqin ki, müəyyən faktlara əsaslanır. Bu sosial şəbəkə Türkiyə xalqının milli mənafeyinə zidd hərəkətlərə yol verirsə, sözsüz ki, bağlanması düzgün olar. Bizdə də bu gün insanlar bir çox sosial şəbəkələrin fəaliyyətindən həddindən artıq narazıdırlar. Çünki bu şəbəkələr bilavasitə Azərbaycan xalqının tanıdılmasına, inkişafına, ölkəmizin milli maraqlarına deyil, yanlış mövqelərə, digər müəyyən qurumların göstərişlərinə əsaslanır və insanlar tərəfindən qəbul edilmir. Görülən tərdbirlər gücləndirilməlidir. Hər bir sözə, əmələ görə cavabdehlik məsuliyyəti tələb olunmalıdır”, – deputat bildirib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37