“Euronews” telekanalında Qəbələdən bəhs edən reportaj yayımlanıb – VİDEO
- REDAKTOR SEÇİMİSON XƏBƏRTURİZM
- 09.08.2024 14:43
“Euronews” telekanalı Azərbaycan Turizm Bürosu ilə əməkdaşlıq çərçivəsində hazırladığı “Qəbələdə arxeoloji möcüzələr və adrenalin dolu macəra” adlı video-reportajı yayımlayıb.
TEMPİNFO xəbər verir ki, Reportajda qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələnin Çuxur kəndində aparılmış arxeoloji qazıntılar, tapılan saxsı qablar, təndir və digər tarixi və mədəni irs nümunələrindən bəhs olunur.
Həmçinin milli mətbəx nümunələrinin dadına baxılır, onların hazırlanma qaydası və tarixi haqqında ətraflı məlumat verilir.
TEMPİNFO