Vasif Talıbovun zamanında yaradılan daha bir qurum bağlandı

Vasif Talıbovun zamanında yaradılan daha bir qurum bağlandı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu “Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq MMC ləğv olunma barədə qərar verib.

Qeyd edək ki, “Texniki Servis Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun tapşırığına əsasən təsis edilib. Mərkəz 2022-ci ildə müasir texniki avadanlıqlarla təchiz olunub.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37