Yağış yağacaq, leysan olacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ

Yağış yağacaq, leysan olacaq – ƏHALİYƏ XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında oktyabrın 2-si səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə TEMPİNFO-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37