Xaçmazda bıçaqlanan məktəblinin son durumu AÇIQLANDI – YENİLƏNİB

Xaçmazda bıçaqlanan məktəblinin son durumu AÇIQLANDI – YENİLƏNİB

“Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub”.

TEMPİNFO xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət almış şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir:

“01.10.2024-cü il tarixində Xaçmaz şəhər sakini 2008-ci il təvəllüdlü (kişi cinsli) yeniyetmə şok vəziyyətində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası, bağırsağın eventrasiyası diaqnozu təyin edilib.

Xəsarət almış şəxsə cərrahi müdaxilə olunub və zəruri tibbi yardım göstərilib. Hazırda xəstəxananın Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

*** 11:37

Xaçmaz rayonunda məktəbli sinif yoldaşıni bıçaqlayıb.

Xaçmaz şəhər 9-saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Fakla bağlı araşdırmalar aparılır. “Report”

TEMPİNFO

 

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37