Qüdrət Həsənquliyevə də vəzifə verildi
- SİYASƏTSON XƏBƏR
- 02.10.2024 13:13
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevə Milli Məclisdə vəzifə verilib.
TEMPİNFO xəbər verir ki, ƏHD partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini seçilib.
Qeyd edək ki, o, VI çağırış Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini olub.
TEMPİNFO