Mirzoyan: Ermənilər düşünürdü ki, Rusiya onları dəstəkləyəcək

Mirzoyan: Ermənilər düşünürdü ki, Rusiya onları dəstəkləyəcək

“Ermənistan cəmiyyətində Rusiyaya qarşı böyük məyusluq var. Erməni xalqı düşünürdü ki, müharibə olarsa, Rusiya bizə kömək edəcək, müdafiə edəcək”.

TEMPİNFO xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən təhlükəsizlik forumunda bildirib.

O əlavə edib ki, KTMT tərəfdaşları İrəvanda gözlənilən reaksiya vermədilər.

“İndi erməni xalqı başqa variantlar axtarır. Biz demokratiyaya möhkəm inanırıq və bu bizi Aİ və ABŞ-yə yaxınlaşdırır. İnsanlar düşünür ki, niyə də Aİ ilə tam əlaqə yaratmayaq”, – o qeyd edib. (ölkə.az)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37