“Kərkini Azərbaycana verməkdən yayına bilmərik” – Paşinyan

“Kərkini Azərbaycana verməkdən yayına bilmərik” – Paşinyan

Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan müxalif deputat Qarnik Danielyanın Tiqranaşen kəndinin (Kərki kəndi-red.) Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən bildirib.
Paşinyan belə bir müzakirə faktını təsdiqləməyib, lakin o qeyd edib ki, “İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz”.
TEMPİNFO
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37