Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var – YENİLƏNİB

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Sabunçu rayonu ərazisində 16 yaşlı yeniyetmə H.Quliyev öz həmyaşıdı Y. Mirzəyev tərəfindən kəsici alətlə qətlə yetirilib. Bu gün hadisənin həmin rayonda yerləşən 71 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verməsi ilə bağlı iddialar yayılıb. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün 15:30 radələrində dərsdənkənar vaxtda qeydə alınıb. Qətlə yetirilən şəxs  71 nömrəli məktəbin XI sinif şagirdidir. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il lX sinifdən sonra təhsilini davam etdirməyib.

İlkin araşdırmalar zamanı məlum olub ki, onlar arasında sosial şəbəkədə mübahisə yaranıb. Daha sonra yeniyetmələr yer təyin edərək görüşüblər. Bu zaman Y. Mirzəyev həmyaşıdının bud nahiyəsinə bıçaqla zərbə endirib. Xəsarət ölümcül olmasa da, bıçaq zərbəsi digərinin vena damarını kəsib və o, çoxlu qan itirib. 16 yaşlı oğlan xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərərvurma-ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb. Cinayətdə şübhəli bilinən şəxs polis tərəfindən müəyyən edilərək saxlanılıb.

*** 09:29

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.

TEMPİNFO “Report”a istinadən xəbərin görə, hadisə Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib ki, cinayət əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37