İsrail Beyrutu bombaladı: Nəsrullahın varisi də öldürülüb?

İsrail Beyrutu bombaladı: Nəsrullahın varisi də öldürülüb?

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənub ətrafına güclü zərbələr endirib.

Modern.az-ın məlumatına görə, Rafik Həriri Beynəlxalq Hava Limanı yaxınlığında gücə saatlarında güclü partlayışlar eşidilib.

Hizbullaha yaxın mənbələr AFP-yə bildiriblər ki, İsrail ordusu qruplaşmanın hədəflərinə azı 11 zərbə endirib. Livanın Milli Xəbər Agentliyi (NNA) də 10-dan çox zərbə endirildiyini yazıb. Qeyd olunur ki, Beyrut yaxınlığında dağlıq ərazidə güclü partlayışlar baş verib.

İsrail Müdafiə Qüvvələri zərbələrlə bağlı açıqlama verməyib, lakin daha əvvəl Beyrutun cənubundakı mülki insanları təxliyə etməyə çağırıb.

Beyrut hava limanı Hizbullahın qalası olan və İsrail tərəfindən daim hədəfə alınan Dahiya rayonu ilə həmsərhəddir.

“Axios” nəşri və CNN telekanlının mənbələrə istinadən verdiyi məlumata görə, Beyruta endirilən zərbələrin hədəfi Hizbullahın öldürülən lideri Həsən Nəsrullahın əmisi oğlu Haşim Səfiəddindir. O, Nəsrullahın ehtimal varisi kimi seçilib. Səfiəddinin zərbələr nəticəsində xəsarət alıb-almadığı məlum deyil.

Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin son 24 saat ərzində endirdiyi zərbələr nəticəsində 37 nəfər ölüb, 151 nəfər yaralanıb.

Xatırladaq ki, Hizbullahın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. O, 1992-ci ildən hərəkata rəhbərlik edirdi.

1384981

 

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37