Yük avtomobili iki bacını vurdu – Biri öldü
- HADİSƏSON XƏBƏR
- 04.10.2024 10:03
Bakıda yük avtomobili iki bacını vurub.
TEMPİNFO xəbər verir ki, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Aqil Səmədov idarə etdiyi “Mercedes Benz Axor” markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub.
Nəticədə bacılardan Cəmilə Eyvazova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
TEMPİNFO