“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəddir

“Qarabağ”a 2 qol vuran futbolçu həftənin ən yaxşısı adına namizəddir

Avropa Liqasında Liqa mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. 

TEMPİNFO xəbər verir ki, bunlar Duşan Tadiç (“Fənərbaxça”), Teo Leoni (“Anderlext”), Aleksandr Lyakazett (“Lion”) və Erik Botheymdir (“Malmö”).

Botheym “Qarabağ”la ötən gün keçirilən matçda dubla imza atıb. Onun qolları İsveç təmsilçisinə qələbə qazandırıb – 1:2.

Qeyd edək ki, qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37