Putin ad gününü bu ölkə liderləri ilə qeyd edəcək

Putin ad gününü bu ölkə liderləri ilə qeyd edəcək

Rusiya prezidenti Vladimir Putin bu il oktyabrın 7-də qeyd edəcəyi ad gününü fərqli bir üslubda keçirməyə qərar verib.

Ölkə.Az xəbər verir ki, bu barədə açıqlama verən RF prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə,  Putin ad günündə MDB dövlət başçıları ilə görüşəcək.

O əlavə edib ki, toplantıda işgüzar görüşlər də planlaşdırılıb: “Xüsusi hər hansı bir bayram tədbiri  olmayacaq. Səhər qapalı, ictimai olmayan iş görüşləri olacaq. Axşam MDB dövlət başçıları prezidentlə görüşəcək. Sizə əlavə məlumat verəcəyik”.

Qeyd edək ki, oktyabrın 7-də dövlət başçısının 72 yaşı tamam olur.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37