Azərbaycanda 15 yaşlı qız dəm qazından zəhərləndi
- HADİSƏSON XƏBƏR
- 07.10.2024 09:00
Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.
TEMPİNFO APA-ya istinadən bildirir ki, hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb.
Belə ki, ənd sakini, 2009-cu il təvəllüdlü M. Paşayeva hamamda dəm qazından zəhərlənib. 15 yaşlı qıza yaşadığı evdə yardım edilib, vəziyyəti kafidir.
Məlumata görə, 15 yaşlı yeniyetmə qız yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
TEMPİNFO