Militao Braziliya millisindən uzaqlaşdırıldı

Militao Braziliya millisindən uzaqlaşdırıldı

Braziliya millisi itki ilə üzləşib.

TEMPİNFO xəbər verir ki, “Real”ın futbolçusu Eder Militao yığmanın oktyabr oyunlarını buraxacaq.

Buna 26 yaşlı müdafiəçinin zədələnməsi səbəb olub. Militao sol ayağından xəsarət alıb. O, DÇ-2026-nın Çili ilə oktyabrın 11-də, Peru ilə 16-da keçiriləcək seçmə matçlarında oynamayacaq.

Qeyd edək ki, Militao cari mövsmdə “Real”da 12 oyun keçirib və 1 qol vurub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37