Vətən Müharibəsi iştirakçısı faciəvi şəkildə ÖLDÜ

Vətən Müharibəsi iştirakçısı faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda metal yığan 23 yaşlı gənci elektrik cərəyanı vurub.

TEMPİNFO baku.ws-ə istinadən xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində, keçmiş “Alüminum zavod” ərazisində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Rizvan oğlu Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Məlumat üçün bildirək ki, Məhəmməd Əliyev Vətən Müharibəsi iştirakçısı və evin tək oğlu imiş.

Faktla bağlı araşdırma aparılır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37