Asim Xudiyev UEFA-dan təyinat aldı

Asim Xudiyev UEFA-dan təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan təyinat alıb.

TEMPİNFO AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının III turunda keçiriləcək Slovakiya – İsveç görüşünün hakim-inspektoru olacaq.

Azərbaycan millisinin də yer aldığı C Liqasının I qrupunun matçı oktyabrın 11-də Bratislavada baş tutacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37