Putin İlham Əliyev və Paşinyanla görüşlər keçirəcək

Putin İlham Əliyev və Paşinyanla görüşlər keçirəcək

Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının çərşənbə axşamı günü keçiriləcək iclasından əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşlər keçirəcək.

Ölkə.Az xəbər verir ki, bunu Vladimir Putinin köməkçisi Yuri Uşakov deyib.

O əlavə edib ki, üçtərəfli görüş hələ planlaşdırılmayıb.

Uşakov xüsusilə qeyd edib ki, Moskva bir neçə ay ərzində 600 nəfərə qədər artmış Aİ missiyasının Ermənistandakı fəaliyyətini müsbət qarşılamır.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37